Qazaxıstanda ana öz uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nur.kz saytı Jambıl vilayətinin polis departamentinə istinadən məlumat verib.
Bildirilir ki, hadisə Taraz şəhərində baş verib. 2021 və 2023-cü il təvəllüdlü uşaqlar möcüzəvi şəkildə sağ qalsalar da, qapalı kəllə-beyin travması və beyində şişkinlik kimi xəsarətlər alıblar. Böyük uşaqda, həmçinin bud sümüyünün yerdəyişməsi və sınığı aşkarlanıb.
Həkimlər hazırda zərərçəkənlərin həyatı uğrunda mübarizə aparırlar. Uşaqlar artıq baş, sinə və çanaq nahiyələrinin kompüter tomoqrafiyasından (KT) keçiblər, eləcə də onlara laparosentez (minimal invaziv cərrahi prosedur - red.) olunub və şiş əleyhinə terapiyaya başlanılıb. Böyük uşaq, eyni zamanda, ayağından da əməliyyat olunmalıdır.
Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlayıb və uşaqların anası saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Qadının bu hərəkətinin səbəbləri açıqlanmır.
Uşaq ombudsmanı Dinara Zəkiyeva, öz növbəsində, bildirib ki, anada daha əvvəl ağır depressiv vəziyyət aşkarlanıb və müalicə axıradək başa çatdırılmayıb.
"Regional səlahiyyətli xəstəxanada uşaqları ziyarət edib. Oğlanın vəziyyəti qənaətbəxşdir, qızın vəziyyəti isə daha ağırdır", - deyə uşaq ombudsmanı bildirib.