Kocaelidə hər kəsi duyğulandıran hadisə yaşanıb.
Böyrək çatışmazlığından əziyyət çəkən 44 yaşlı kişi həyatını xilas edən ən böyük dəstəyi elə ailə daxilindən alıb. Onun 20 illik qayınanası, 60 yaşlı qadın - heç bir tərəddüd etmədən kürəkəninə böyrəyini bağışlayıb.
Məlumata görə, kürəkən uzun müddətdir dializ müalicəsi alırdı. Ailənin bu çətin dönəmində qayınana könüllü olaraq müayinədən keçib və nəticələr uyğun gəlincə əməliyyata razılıq verib.
Həkimlərin sözlərinə görə, transplantasiya uğurla həyata keçirilib. Həm donor, həm də transplantasiya olunan xəstənin vəziyyətinin yaxşı olduğu, bərpa prosesinin normal davam etdiyi bildirilib.
Qayınana əməliyyatdan sonra açıqlamasında bunları deyib:
"Böyrək vermək istəyənlərə İnşallah ki örnək olarıq. Kürəkənlərimin hamısını sevirəm ayırmıram. 20 ildir qızımla ailəlidir. İki nəvəm var. O, mənim öz övladım kimidir. Sağlamlığının yaxşı olması üçün nə lazımdırsa, etməyə hazıram".
Bu hadisə sosial şəbəkələrdə geniş müzakirə edilib və istifadəçilər tərəfindən "ailə bağlarının ən gözəl nümunəsi", "qayınana-kürəkən münasibətlərinə verilən ən böyük dəyər" kimi qiymətləndirilib./Milli.az/