Medianews.az
Qaxda ağır qəza -
75 baxış

Qaxda ağır qəza - Sürücü öldü

Dekabrın 30-da saat 01 radələrində Qax rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizə qoşulun