Medianews.az
“Qarabağ”ın hücumçusu
125 baxış

“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında

“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının bombardirlər siyahısında yer alıb.

Trend xəbər verir ki, Ağdam klubunun kolumbiyalı futbolçusu TOP-10-luqda yer alır.

Ehtiyatında 4 qolu olan 23 yaşlı oyunçu 9-cu yeri tutur. Duranla yanaşı daha 10 futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Bombardirlər siyahısına 11 qolla “Real”ın hücumçusu Kilian Mbappe başçılıq edir.

“Qarabağ”ın daha bir futbolçusu Leandro Andrade isə 3 qolla 20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kamilo Duran dünən “Ayntraxt”a qarşı görüşdə (3:2) 2 qol vurub. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.

Bizə qoşulun