Azərbaycanın “Qarabağ” komandası 12 mövsüm UEFA-nın klub turnirlərinin əsas raundlarında iştirak edib.
Medianews.az bildirir ki, 7 mövsümdə “Qarabağ”a rəqib olmuş komanda final görüb.
Avropa Liqasının 2014-2015 mövsümündəki rəqib – “Dnepr” (Ukrayna) finalda oynayıb.
Çempionlar Liqasının 2017-2018 mövsümündəki rəqib – “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub.
Avropa Liqasının 2018-2019 mövsümündəki rəqib – “Arsenal” (İngiltərə) finala çıxıb.
Avropa Liqasının 2019-2020 mövsümündəki rəqib – “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb.
Avropa Liqasının 2020-2021 mövsümündəki rəqib – “Vilyarreal” (İspaniya) turniri udub.
Avropa Liqasının 2023-2024 mövsümündəki rəqib – “Bayer” (Almaniya) finalda yer alıb.
Avropa Liqasının 2024-2025 mövsümündəki rəqib – “Tottenhem” (İngiltərə) turniri zəfərlə başa vurub.
2025-2026 mövsümündə “Qarabağ” Çempionlar Liqasında 1/16 finala qədər irəliləyib. Liqa mərhələsində rəqib olmuş “Çelsi” (İngiltərə) və “Liverpul” (İngiltərə), 1/16 finalda rəqib olmuş “Nyukasl” (İngiltərə) 1/8 finala çıxıb.
Üçüncü təsnifat mərhələsində “Qarabağ”la oynamış “Ferensvaroş” (Macarıstan) isə Avropa Liqasının 1/8 final mərhələsindədir.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.
Toğrul Əli,
Medianews.az