Medianews.az
“Qarabağ” "Ayaks"la
117 baxış

“Qarabağ” "Ayaks"la üz-üzə

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" komandasını qəbul edəcək.

Milli.Az-ın xəbərinə görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matçın start fiti saat 21:45-də səslənəcək. Oyunu sloveniyalı FİFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi turnir cədvəlində 7 xalla 21-ci yerdə qərarlaşıb. İlk beş oyunun hər birində məğlub olan "Ayaks" isə 36-cı - sonuncu pillədə yer alır.

Bizə qoşulun