Florentino Peres Zinəddin Zidanın ” Real Madrid”ə qayıtmasını istəyir.
Publika.az xəbər verir ki, kluba yaxın mənbələrin “RMadrid actu” hesabına verdiyi məlumatına görə, “Real Madrid” prezidenti Zidanı yenidən Madrid komandasının məşqçisi vəzifəsinə gətirməkdə qərarlıdır.
Qeyd olunur ki, klub rəhbərliyi fransız mütəxəssisi Fransa millisi ilə mümkün ilkin müqavilədən imtina etməyə inandırmağa ümid edir.
“Real Madrid”in planı Zidanın 2026-cı il mövsümündə komandaya rəhbərlik etməsidir.
Daha əvvəl bildirilirdi ki, Zidan Fransa millisinin növbəti məşqçisi olacaq və 2026-cı il dünya çempionatından sonra komandadan ayrılacaq Didye Deşamı əvəz edəcək.
Müxtəlif mənbələr həmçinin bildirir ki, “Real Madrid”in hazırkı baş məşqçisi Xabi Alonsonun mövqeyi komandanın qeyri-sabit oyunları fonunda qeyri-müəyyən olaraq qalır. Nüfuzlu İspaniya media orqanları onun yaxın gələcəkdə istefaya göndərilə biləcəyini bildiriblər.
Xatırladaq ki, Zidan “Real Madrid”in baş məşqçisi kimi klubla ardıcıl üç dəfə Çempionlar Liqasını qazanıb.