Medianews.az
Paytaxtda dələduzluq edən SMM
51 baxış

Paytaxtda dələduzluq edən SMM saxlanıldı

Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda özünü sosial media meneceri kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun