Medianews.az
Paşinyan Xameneinin dəfn mərasiminə
136 baxış

Paşinyan Xameneinin dəfn mərasiminə qatılacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın İranın mərhum ali dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak edəcəyi iddia olunur.

Medianews.az xəbər verir ki, bu barədə ISNA agentliyinə İran parlamentinin erməni əsilli deputatı Ara Şahverdiyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistana səfəri zamanı həmkarı ilə birlikdə Paşinyanla görüş keçirilib. Görüş zamanı Ermənistanın baş naziri dəfn mərasimində şəxsən iştirak etməyə hazır olduğunu bildirib.

Məlumata əsasən, Əli Xamenei ilə vida mərasimi 4-9 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Xameneinin ABŞ və İsrailin Tehrana hücumu nəticəsində endirilən zərbələrin ilk günündə - 28 fevralda öldürüldüyü iddia olunur. Bununla bağlı rəsmi təsdiq isə 1 mart tarixində verilib./Publika.az

Bizə qoşulun