Medianews.az
Özəl xəstəxanlarda onkoloji yardım
60 baxış

Özəl xəstəxanlarda onkoloji yardım hansı vəsait hesabına qarşılanacaq?

“Hazırda onkoloji yardım ancaq ixtisaslaşmış dövlət tibb müəssisələrində həyata keçirilir. Amma qanunvericiliyə təklif olunan dəyişiklikdə onkoloji yardımın özəl tibb müəssisələrində də göstərilməsi öz əskini tapıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.

A.Vəliyev bildirib ki, dəyişiklikdə onkoloji yardımın özəl tibb müəssisələrində hansı vəsait hesabına qarşılanması məsələsi də öz əksini tapıb:

“Özəl tibb müəssisələri təbii ki, ödənişsiz həyata keçirməyəcək. Eyni zamanda özəl tibb müəssisələri istəsə, könüllü şəkildə bu işi pulsuz həyata keçirə bilər, təbii ki, könüllü sığorta sistemi işə düşəcək. Ən əsası isə pasientlər həmin müəssisənin rəhbərliyi ilə müqavilə bağlayaraq qarşılıqlı şəkildə razılıq əsasında müalicə və müayinə həyata keçirə bilər”.

Bizə qoşulun