Medianews.az
“Oynaya bilmirəm” deyib özbaşına meydandan çıxdı -
80 baxış

“Oynaya bilmirəm” deyib özbaşına meydandan çıxdı - VİDEO

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşması Azərbaycan futbol tarixində nadir rast gəlinən qalmaqalla yadda qalıb.

Medianews.az  xəbər verir ki, Yevlax təmsilçisi doğma meydanda rəqibinə 0:2 hesabı ilə məğlub olduğu matçın son dəqiqələrində gözlənilməz hadisə baş verib.

Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini iddia edərək, özbaşına meydanı tərk edib soyunub-geyinmə otağına yollanıb. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.

Xatırladaq ki, Yevlax təmsilçisi bu məğlubiyyətdən sonra turnir cədvəlində 6 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci yerdədir.

Bizə qoşulun