Münasibətlərdə səssizliyə bürünən və tərəfdaşları ilə ünsiyyət qurmaqdan qaçan bürclər məlum olub. Astrolojifərqli xüsusiyyətlərə malik üç kişi bürcünün incidikdə, qısqandıqda və ya problemlə üzləşdikdə dərin səssizliyə çəkilməyə üstünlük verdiyini göstərir.
Demokrat.az bildirir ki, Oğlaq, Əqrəb və Buğa bürcləri altında doğulan kişilər sadiqliyi və güclü xarakteri ilə diqqət çəksələr də, emosional ünsiyyətdə eyni uğuru qazana bilmirlər. Bu bürclərin nümayəndələri daxildə yaşanan fırtınaları bölüşmək əvəzinə, susmağı və ya hisslərini dolayı yollarla göstərməyi seçirlər.
Oğlaq bürcü kişisi intizamlı və məsafəli təbiəti ilə tanınır. Münasibətlərdə problem yarandıqda, emosional söhbətlər etmək əvəzinə tamamilə səssizləşir və özünə qapanır. Sevgisini sözlərlə deyil, əməllərlə göstərməyə çalışdığı üçün verbal ünsiyyətdə zəifdir. Bu səbəbdən tərəfdaşı özünü tənha hiss edə bilir. Oğlaq kişisi üçün ünsiyyət hisslərin bölüşülməsi deyil, sadəcə həll olunmalı logistik məsələdir.
Əqrəb bürcü kişisi dərin və güclü duyğulara sahib olsa da, bunları açıq şəkildə ifadə etməkdə çətinlik çəkir. İncinəndə və ya qısqananda danışmaq əvəzinə, cəza üsulu kimi tamamilə geri çəkilir. Problemləri birbaşa soruşmaq əvəzinə, gizli xəfiyyə kimi tərəfdaşını uzaqdan müşahidə etməyə üstünlük verir. Güvən problemi yaşadıqda isə səssizliyi seçir və ya kinayəli sözlərlə qarşı tərəfi yaralayır.
Buğa bürcü kişisi isə sakit və səbirli olsa da, böhran anlarında və dərin emosional mövzularda tamamilə qapanır. Komfort zonasına bağlı olduğu üçün münasibətdə dəyişiklik tələb edən ciddi söhbətlərdən qaçır. Mübahisələr zamanı nümayiş etdirdiyi inadkarlıq ünsiyyət problemlərini daha da mürəkkəbləşdirir. Buğa kişisi münasibətdə hüzuru qorumaq üçün vacib mövzuları daim təxirə salır ki, bu da zamanla qarşı tərəfdə ciddi inciklik və qəzəb partlayışına yol açır.
Yəni, Oğlaq, Əqrəb və Buğa bürcündən olan kişilər münasibətlərdə problem yarananda danışmaq əvəzinə susmağı seçdikləri üçün tərəfdaşlarını mənəvi cəhətdən yorurlar.
03.06.2026, 06:47
102
baxış
Zara Editor