Medianews.az
“Onkologiyanın tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac var”
64 baxış

“Onkologiyanın tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac var”

“Növbəti ilin büdcəsində səhiyyə xərcləri 2 milyard nəzərdə tutulur ki, bu vəsaitin 44,6 faizi İcbari Tibbi Sığorta Fonduna yönəldiləcək. Bütövlükdə isə gələn il səhiyyə sahəsinə vəsait qoyuluşu 3.7 milyard manat təşkil edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Gələn il səhiyyə üzrə daha 8 dövlət proqramı İTS hesabına həyata keçiriləcək. Bu proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və daha 4 klinik sahəni əhatə edəcək. Bununla da İTS ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan da biri onkologiyadır. Bu proqramların da İTS ilə qarşılanmasına ciddi ehtiyac duyulur”, - deputat qeyd edib.

Bizə qoşulun