Medianews.az
O da Trampla
54 baxış

O da Trampla görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu Donald Trampla görüşəcək.

Medianews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, görüş dekabrın 29-da Trampın Florida ştatındakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq.

Bildirilib ki, Netanyahu atəşkəs rejiminin ikinci mərhələsinə keçməzdən əvvəl Qəzza zolağında daha bir genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün Trampın “yaşıl işığ”ını almağa çalışacaq

Bundan əlavə, vurğulanıb ki, müzakirələr təkcə Qəzza ilə məhdudlaşmayacaq. Netanyahunun Trampla İranın ballistik raket proqramına qarşı birgə addımlar və Livanla sərhəddə təhlükəsizlik zəmanətlərini əhatə edən daha geniş bir sazişi müzakirə edəcəyi də gözlənilir.

 

Bizə qoşulun