UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışda çıxarılıb.
"Köhlən atlar"ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, biletlərin qiyməti 115 AZN təşkil edir.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
Azarkeşlər üçün "ST James' Park"da 2466 yer ayrılıb. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun - biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-ü Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə (ngiltərə) saat 20:00-da start götürəcək.