Misli Premyer Liqasının XXII turunda keçirilən "Şamaxı" - "Neftçi" matçı başa çatıb.
Milli.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Vensan Abubakar 60-cı və 90+1-ci dəqiqələrdə fərqlənib. 75-ci dəqiqədə meydan sahiblərindən Sezar Enrike adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə isə penalti zərbəsindən Karim Rossi oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.