“Şimali Atlantika Alyansı açıq şəkildə Baltik dənizini NATO-nun “daxili gölünə” çevirməyi və bununla da Rusiyanı təcrid etməyi planlaşdırır”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"NATO Rusiyanı tamamilə təcrid etməklə çoxdan Baltik dənizini öz daxili sularına çevirmək arzusunda idi. Onlar bu planlarını o qədər də gizlətmirlər. Lakin onların planları gerçəkləşmək niyyətində deyil", - diplomat vurğulayıb.
Zaxarova qeyd edib ki, Rusiya Baltikyanı regionun tamhüquqlu hissəsi olub və qalır.
Medianews.az