Türkiyənin opera müğənnisi Emrah Erdem Gedik dünyasını dəyişib.
İstanbul Dövlət Opera və Baletinin (İDOB) xor sənətçisi, 48 yaşlı Emrah Erdem Gedik Bahçelievlerdə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılıb. Xəstəxanaya aparılan Gedik bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Gedikin cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutundakı prosedurlar başa çatdıqdan sonra ailəsinə təhvil verilib.
Opera dünyasından gələn kədərli xəbər incəsənət ictimaiyyətində böyük kədərə səbəb olub.
Milli.Az
