Moskvanın mərkəzində yerləşən "Radisson Blue Olympic" otelində yanğın baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsinə 40-a yaxın insan və 10 texnika cəlb olunub .
"Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinə Samarskaya küçəsi 1 ünvanında yanğın barədə məlumat daxil olub. Yanğınsöndürənlər gələnə qədər təxminən 400 nəfər binanı təxliyə edib", - məlumatda deyilir.
İdarədən verilən məlumata görə, yanğın inzibati binada baş verib.
Fövqəladə hallar xidməti nümayəndəsinin sözlərinə görə, tüstünün mənbəyi üçüncü mərtəbədəki ventilyasiya şaxtasında olub.
Xəsarət alanların olmadığı bildirilib./Milli.az/
.png)