Medianews.az
Moskva metrosunda dəhşət: pul istədi,
76 baxış

Moskva metrosunda dəhşət: pul istədi, qadının burnunu sındırdı

Rusiyada Moskva metrosunda naməlum kişi bir qadının burnunu sındırıb.

Medianews.az xəbər verir ki, hadisə fevralın 3-də baş verib.

Kişi qadına yaxınlaşıb və ondan pul istəyib. Qadın imtina etdikdən sonra kişi onu təhqir etməyə başlayıb. Qadın aqressiv şəxsi videoya çəkmək istəyərkən kişi telefonunu əlindən almağa cəhd edib və nəticədə qadının burnunu sındırıb. Zərərçəkmiş xəstəxanaya və polisə müraciət edib.

Qadının sözlərinə görə, həmin şəxs daha əvvəl də digər sərnişinləri təhqir edib.

Medianews.az

Bizə qoşulun