Medianews.az
Modriç Messiyə
110 baxış

Modriç Messiyə çatdı

Xorvatiya millisinin kapitanı Luka Modriç xüsusi göstəriciyə imza atıb.

Medianews.az xəbər verir ki, o, buna Sloveniya yığmasına qarşı keçirilən yoxlama matçında nail olub.

Görüş yarımmüdafiəçi üçün millinin heyətində 198-ci qarşılaşma kimi yadda qalıb.

Təcrübəli futbolçu bu göstəricidə argentinalı Lionel Messiyə şərik olub.

Onlar yalnız Kriştiano Ronaldodan geri qalırlar. Portuqaliyalı ulduzun aktivində 227 belə matç var.

Qeyd edək ki, Xorvatiya – Sloveniya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.//Bakues.az

Bizə qoşulun