Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.
Bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şamil Əzizov nazirin müşaviri təyin olunub.
Qeyd edək ki, o, 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.
2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır. 2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.
22 may 2026-cı il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir./yenisabah/
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad İsmayılovun əmri ilə, müşavir vəzifəsində təyin olunan Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
.