Medianews.az
Millimiz Danimarkaya
66 baxış

Millimiz Danimarkaya uduzdu

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Medianews.az xəbər verir ki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman Sarayında Danimarka yığmasını qəbul edib.

Görüşün 5-ci dəqiqəsində qonaqlardan Rasmus Filipsen hesabı açıb. İlk hissə Danimarka millisinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissədə, 27-ci dəqiqədə Nihad İsmayılov Azərbaycan millisinin heyətində fərqlənərək hesabı bərabərləşdirib. Lakin 32-ci dəqiqədə Kasper Rasmussen, 37-ci dəqiqədə Hans Riken və 40-cı dəqiqədə Niklas Fuhs-Kristiansen fərqlənərək Danimarka yığmasının qələbəsini təmin ediblər – 1:4.

Qarşılaşma Danimarka millisinin qələbəsi ilə yekunlaşıb. Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.

Bizə qoşulun