Medianews.az
Məşhur repçiyə 25 il həbs istənildi
88 baxış

Məşhur repçiyə 25 il həbs istənildi

Türkiyəli məşhur repçi Blok3 (əsl adı Hakan Aydın) və prodüser Maruf Yöntürk haqqında cinayət işi açılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluq onlara qarşı bir neçə ağır ittiham irəli sürərək 12 il 4 aydan 25 ilə qədər həbs cəzası tələb edib. Hadisə menecer Ferhat Karagözün şikayəti ilə başlayıb.

Onun sözlərinə görə:

O, İstanbulun Kağıthane bölgəsində bir ünvana çağırılıb Orada mübahisə baş verib və mübahisə qısa zamanda zorakılığa çevrilib. Ona bilyard çubuğu ilə hücum edilib. Başına silah tutularaq 850 min TL pul tələb edilib. İddialara görə, repçi Blok3 də hadisə zamanı orada olub və davaya qoşularaq zərərçəkmişə yumruq vurub.

Prokurorluğun irəli sürdüyü əsas ittihamlar bunlardır:

Silahla insanı azadlıqdan məhrum etmə

Silahlı quldurluğa cəhd

Təhdid

Əmlaka zərər vurma

Qəsdən xəsarət yetirmə

Bizə qoşulun