CSKA-nın keçmiş hücumçusu Joa aliment ödəmədiyi üçün Braziliyada həbs edilib.
Publika.az “CNN Brasil”a istinadan xəbər verir ki, həbs çərşənbə axşamı Rio-de-Janeyroda baş verib. Qeyd olunur ki, Joa uşağa aliment borcuna görə dördüncü dəfə həbs olunur.
O, iki dəfə 2024-cü ildə, sonuncu dəfə isə 2025-ci ilin iyununda həbs olunub.
Bildirilir ki, Joa əyləncə məkanına baş çəkərkən həbs edilib. Həbs qərarı keçmiş futbolçunun 220 744 real (təxminən 35 700 avro) borcu olduğu iddiası ilə 2024-cü ildə açılmış məhkəmə iddiasına aiddir.