Medianews.az
Məşhur fenomenlə bağlı şok iddia
63 baxış

Məşhur fenomenlə bağlı şok iddia təsdiqləndi

Türkiyədə məşhurları hədəf alan genişmiqyaslı narkotik araşdırması çərçivəsində saxlanılan “Kısmetse Olur” proqramı ilə tanınan sosial media fenomeni Cansel Ayanoğlu ilə bağlı yeni detallar ortaya çıxıb.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Ayanoğlu üçün hazırlanan məhkəmə-tibbi ekspertiza rəyi tamamlanıb.

Jurnalist Burak Doğanın yaydığı məlumata görə, Cansel Ayanoğlunun narkotik testinin nəticəsi müsbət çıxıb. Hazırlanan hesabat artıq istintaq materiallarına əlavə olunub.

Qeyd edək ki, narkotik vasitələrin istifadəsi və dövriyyəsi ittihamı ilə həbs olunan Ayanoğlu prokurorluqda verdiyi ifadədə heç vaxt narkotik istifadə etmədiyini bildirmişdi.

O, ətrafında narkotik istifadə edən insanların olmadığını iddia edərək irəli sürülən ittihamları rədd etmiş və “Mənim yeganə asılılığım kosmetik əməliyyatlardır” ifadəsini işlətmişdi.

Hazırda istintaq davam edir. Yerli media iş üzrə yeni şəxslərin və əlavə sübutların ortaya çıxa biləcəyini yazır.

Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun hazırladığı hesabatın isə istintaqın gedişinə ciddi təsir göstərəcəyi bildirilir.

Bizə qoşulun