Medianews.az
Məşhur aktyor 88 yaşında
98 baxış

Məşhur aktyor 88 yaşında vəfat etdi

Britaniyalı kinoaktyor Con Nolan 88 yaşında vəfat edib.

Bu barədə "Herald" qəzeti məlumat yayıb.

Nolan 1960-cı illərin sonlarından etibarən filmlərə çəkilməyə başlayıb və onlarla ekran əsərində rol alıb. Ona ən böyük məşhurluğu "Betmen: Başlanğıc" (2005), "Qara cəngavər: Əfsanənin dirçəlişi" (2012) və "Dünkerk" (2017) filmlərindəki rolları gətirib.

Aktyor iki "Oskar" mükafatı laureatı, məşhur britaniyalı rejissor Kristofer Nolanın, eləcə də ssenarist Conatan Nolanın əmisi idi.

Ailə hələlik rəsmi açıqlama verməyib.

Onun ölüm səbəbi açıqlanmır./publika.az

Bizə qoşulun