Medianews.az
Məşhur aktyor
331 baxış

Məşhur aktyor evsiz qaldı

Amerikalı aktyor və ikiqat Oskar mükafatçısı Kevin Speysi evsiz qaldığını bildirib.

Medianews.az xəbər verir ki, o, bu barədə “The Telegraph”a müsahibəsində danışıb.

Sənətçi, təcavüzdə ittiham olunduğu üçün karyerasının  məhv edildiyini xatırladıb.

İş çatışmazlığı və böyük hüquqi xərclər səbəbindən Merilend ştatının Baltimor şəhərindəki evini itirib. Speysi 12 il ona sahib idi, lakin maddi sıxıntıya görə onu satmaq məcburiyyətində qalıb. 

"Otellərdə yaşayıram və kirayə mənzillər verirəm. İş hara gedirsə, oraya gedirəm. Sözün əsl mənasında evim yoxdur", - aktyor izah edib.

Medianews.az

Bizə qoşulun