Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna cəbhəsindəki uğurları Kiyev rejiminin qaçılmaz süqutu üçün əsas katalizatordur.
Medianews.az xəbər verir ki, bu barədə Medvedev Telegram kanalında açıqlama verib.
Medvedev Ukraynadakı vəziyyəti şərh edərək bunları yazıb:
“Avropada əmələ gələn "abses" istənilən halda deşiləcək. Ukrayna hakimiyyətinin qanqrenası artıq özünü göstərir və "Bandera rejimi" özünü kəsməyə məcbur olacaq”.
O əlavə edib ki, əgər “amputasiya” yetərli olmazsa, çürümə davam edəcək və Kiyev neonasist rejiminin "ölümü" qaçılmazdır: “Bu ora doğru gedir, onların qaçılmaz və ağrılı ölümünün ən yaxşı katalizatoru silahlı qüvvələrimizin uğurudur”.
Medvedev həmçinin vurğulayıb ki, Ukrayna hökumətinin sonu gözləniləndən daha sürətlə irəliləyir və Kiyev qanlı sonluqla üzləşəcək.
Medianews.az