Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında bombardirlik yarışı barədə danışıb.
Medianews.az-ın məlumatına görə, fransız futbolçu bildirib ki, Argentina millisinin lideri Lionel Messinin qırdığı rekord onun diqqət mərkəzində deyil.
“Ən yaxşı bombardir olmaq barədə düşünmürəm. Mənim üçün əsas məsələ Fransa millisinin inkişaf etməsi və uğur qazanmasıdır. Lionel Messinin nə etdiyini izləmirəm, yalnız özümə və komandama fokuslanıram”, - deyə Mbappe deyib.
Qeyd edək ki, Messi Avstriya ilə oyunda vurduğu dublla dünya çempionatlarındakı qol sayını 18-ə çatdıraraq rekord müəllifi olub. Mbappe isə İraqla matçda iki dəfə fərqlənərək mundial karyerasında 16 qola imza atıb.
Həm Argentina, həm də Fransa millisi vaxtından əvvəl DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni təmin edib.
Medianews.az