Medianews.az
“Maska”nın aktyoru
57 baxış

“Maska”nın aktyoru ÖLDÜ

Məşhur amerikalı aktyor Peter Qrin 60 yaşında vəfat edib.

Qafqazinfo xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb. 

Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Qrin “Kriminal qiraət”, “Maska”, “Şübhəli şəxslər”, “Mühasirə 2”, “Təlim günü” və digər filmlərdə rol alıb. Qrin daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı. 

Yanvar ayında o, Miki Rurkla birlikdə “Maskotlar” adlı filminin çəkilişlərinə başlamalı idi. 


Bizə qoşulun