Medianews.az
Manatın məzənnəsi ilə bağlı nə gözlənilir? -
152 baxış

Manatın məzənnəsi ilə bağlı nə gözlənilir? - Komitə sədri AÇIQLADI

Möhtərəm Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi və büdcə zərfinə daxil olan layihələr artıq komitələrdə geniş müzakirədən keçib. Deputat həmkarlarımız ölkəmizin sosial-iqtisadi inkişafı, büdcə siyasəti üçün dəyərli fikirlər və təkliflər səsləndiriblər.

Musavat.com-un xəbərinə görə, bunu parlamentdəki büdcə müzakirələri zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

f5227179-fe04-36c0-82b1-8a0f06386a00_825.jpg (55 KB)

Bildirib ki, müvafiq dövlət qurumlarının təqdimatları, Hesablama Palatasının rəyi nəzərə alınmaqla layihə 1-ci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılır:

“2026-cı ilin büdcə zərfinin hazırlandığı dövr, hörmətli xanım sədrin də qeyd etdiyi kimi, “Konstitusiya və Suverenlik” ilinə təsadüf edir. Bu gün Azərbaycan dövlət suverenliyinin, iqtisadi müstəqilliyin uğur hekayəsini yazmış qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətdir.

Ölkəmizdə siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyev bu siyasətin mahiyyətini aydın bir şəkildə belə ifadə edir: “İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir...”

Azərbaycanın indiyə kimi reallaşdırdığı strateji təşəbbüslər, yürüdülən müstəqil siyasət əsasən daxili resurslar hesabına həyata keçirilib, ölkəmizin heç bir xarici dövlətdən, donor təşkilatlardan asılılığına yol verilməyib”.

Azər Əmiraslanov əlavə edib ki, suverenliyimizin və iqtisadi müstəqilliyimizin maliyyə əsası olan yeni büdcə layihəsi hər şeydən əvvəl dövlət başçısının iradəsini və irəli sürdüyü təşəbbüsləri, müəyyən etdiyi strateji vəzifələri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır:

“Bu səbəbdən büdcə zərfini biz həm də ali siyasi sənəd kimi dəyərləndiririk. İlin əvvəlindən başlayaraq hökumətin çevik koordinasiyası ilə hazırlanan və ciddi müzakirə mərhələlərindən keçən büdcə zərfi heç şübhəsiz, iqtisadi blokun vahid mövqeyini ifadə edir. Bu mənada büdcə layihəsi ciddi hökumət sənədidir və onun tərtibində əməyi olan bütün həmkarlarımıza görülən işlərə görə təşəkkürümüzü bildiririk.

Beləliklə, 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manat, xərcləri 41,7 milyard manat nəzərdə tutulur. Bu, gəlir və xərclər üzrə 0,7 faizlik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 mlrd. manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcək.

Büdcə zərfi makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslanır. Belə ki, növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır. Neftin orta illik ixrac qiyməti 1 barel üçün 65 dollar götürülüb. Manatın məzənnəsinin isə sabit qalacağı gözlənilir.

Xatırladaq ki, dünya iqtisadiyyatında artım 3,1 faiz, qlobal inflyasiya 3,7 faiz səviyyəsində qərarlaşacaq”.

Bizə qoşulun