Çində maaşı ödənməyən işçi çalışdığı fabriki yandırıb.
Hadisə Fujian əyalətinin Quanzhou şəhərinin Huian rayonunda baş verib.
Belə ki, beş gündür gündəlik 400 yuan (təx. 99 manat) maaşını ala bilməyən işçi fabrikin anbarının yaxınlığında yanğın törədib.
Buna səbəb isə Çin Yeni ili öncəsi onun pulunun qurtarması və körpünün altında yatmağa məcbur olmasıdır.
Alov tez bir zamanda yayılaraq fabrikin anbarını bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib, lakin müəssisəyə ciddi ziyan dəyib.
İlkin hesablamalara görə, yanğın təxminən 4 milyard yuan (təx. 985 milyon manat) maddi itkiyə səbəb olub.
Polis şübhəlini həbs edib və ona qarşı qəsdən yandırma və ciddi ictimai ziyan vurma ittihamı ilə iş qaldırıb.
Səlahiyyətli orqanlar yanğın yerində texniki araşdırma aparır./Ölkə.az/