Medianews.az
“Liverpul”un kapitanı "Qarabağ"la keçiriləcək oyun barədə:
182 baxış

“Liverpul”un kapitanı "Qarabağ"la keçiriləcək oyun barədə: "Həlledici an..."

“Liverpul”un kapitanı Vircil van Deyk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Sfera.az UEFA-nın saytına istinadən xəbər verir ki, ilk 8 komanda arasında yer almağın əhəmiyyətinə diqqət çəkən 34 yaşlı müdafiəçi Ağdam təmsilçisini məğlub etməyin vacib olduğunu bildirib:

“Birbaşa 1/8 final mərhələsinə yüksəlmək bizim üçün olduqca önəmlidir. Bu, pley-off oyunlarını keçməmək deməkdir ki, sıx oyun qrafikində bu bizə ciddi üstünlük verəcək. Gələn həftə hər şey yenə öz əlimizdə olacaq. Öz meydanımızda "Qarabağ"ı qəbul edəcəyik. Gəlin, ilk 8-likdə yerimizi təmin edək. Hazırda turnir cədvəlində mövqeyimiz yaxşıdır, lakin həlledici an məhz qarşıdakı oyundur”.

Qeyd edək ki, turnir cədvəlində hazırda “Liverpul” 15 xalla 4-cü pillədə qərarlaşıb. 10 xalı olan “Qarabağ” isə 18-ci yerdədir. “Liverpul” -“Qarabağ” qarşılaşması yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bizə qoşulun