Medianews.az
Lamin Yamal İspaniya La Liqasında
1,198 baxış

Lamin Yamal İspaniya La Liqasında ilkə imza atdı

Kataloniya "Barselona"sının ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının üçüncü turunda "Rayo Valyekano" ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqanın ən gənc penaltisini vuran futbolçu olub.

Oxu.Az "Squawka" statistika portalına istinadən xəbər verir ki, qarşılaşma zamanı Yamalın yaşı 18 il 49 gün olub.

Oyun heç-heçə (1:1) ilə başa çatıb.

Xatırladaq ki, "Barselona" növbəti oyununu sentyabrın 14-də evdə "Valensiya"ya qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizə qoşulun