Medianews.az
Kim Çen In ictimai tədbirlərin sayına görə
67 baxış

Kim Çen In ictimai tədbirlərin sayına görə rekord vurdu

Şimali Koreya lideri Kim Çen In 2025-ci il ərzində çox sayda ictimai tədbirdə iştirak edib. O, tədbirlərin sayına görə son doqquz ilin rekordunu qırıb.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın iştirakı ilə 131 ictimai tədbiri qeydə alıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir və ötənilki səviyyədən (127 tədbir) bir qədər yüksəkdir.

2020-ci ildəki pandemiya Kim Çen Inın ictimai çıxışlarının sayını 55-ə endirsə də, son illərdə onun fəaliyyəti durmadan artıb. Bu il onun ictimai fəaliyyəti rəsmi mərasimlər, yerində yoxlamalar, görüşlər, eləcə də hərbi tədbirlərdə iştirakdan ibarət olub.

Bizə qoşulun