Medianews.az
Keçmiş aparat rəhbəri
55 baxış

Keçmiş aparat rəhbəri vəfat etdi

Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.

Medianews.az  xəbər verir ki, Ziyad Abbasəliyev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Ziyad Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.  2005-ci ildə Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilmiş və 2015-i ilin sonuna qədər bu vəzifədə çalışıb. 

2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə təltif olunub. 2015-ci ilin oktyabr ayında öz istəyi ilə təqaüdə çıxıb.

Bizə qoşulun