Kanada hökuməti müəyyən edilmiş təhlükəsizlik tələblərinə cavab verən platformalar istisna olmaqla, 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən rəqəmsal təhlükəsizlik haqqında yeni qanun layihəsini müzakirəyə çıxarıb.
Medianews.az Report.az-a istinadən xəbər verir.
Sənəd, həmçinin süni intellekt əsasında işləyən çat-botların təhlükəsizliyinin artırılmasına yönəlib. Xüsusilə, qanun layihəsi onlayn mühitdə təhlükəsizlik standartlarını işləyib hazırlayacaq və onlara riayət olunmasına nəzarət edəcək xüsusi rəqəmsal tənzimləyicinin yaradılmasını nəzərdə tutur.
Tələblərin pozulmasına görə şirkətlər qlobal gəlirlərinin 3 %-nə qədər və ya 10 milyon Kanada dolları (təxminən 7,2 milyon dollar) məbləğində cərimələnə bilərlər.
Xatırladaq ki, Avstraliya dünyada 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edən ilk ölkə olub.