ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris və əri Duq Emhoff Malibu şəhərində (Kaliforniya), Hollivud məşhurlarının qonşuluğunda səkkiz milyon dollarlıq malikanə alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" məlumat verib.
Nəşrin məlumatına görə, onların Poynt Dümdə yerləşən villasından Kaliforniyanın ən məşhur və eksklüziv çimərliklərindən biri olan Littl Dümə mənzərə açılır. 370 kvadrat metrdən çox sahəsi olan evin dörd yataq, altı vanna otağı var.
Littl Düm bütün ştatda sörfinqçilərin ən sevimli məkanlarından biridir və oraya yalnız seçilmiş sakinlər öz açarları ilə keçə bilirlər.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında keçirilən prezident seçkisində Demokrat Partiyasını təmsil edən Harris respublikaçıların namizədi, hazırda prezident olan Donald Trampa məğlub olub.