Medianews.az
Kadırov oğlu Adəmin iştirakı ilə qəzanın olmasına dair məlumatı təkzib edib
73 baxış

Kadırov oğlu Adəmin iştirakı ilə qəzanın olmasına dair məlumatı təkzib edib

Çeçenistan lideri Ramzan Kadırov oğlu Adəmin iştirakı ilə qəzanın baş verməsini təkzib edib.

Teleqraf xəbər verir ki, Kadırov "Telegram" kanalında paylaşdığı videoda qəza ilə bağlı xəbərləri uydurma adlandırıb.

“Süni intellektin köməyi ilə istənilən insanı aldatmaq olar... Kadırovun oğlunun qəzası ilə bağlı birdən-birə ortaya çıxan saxta xəbər dünya informasiya məkanında bir nömrəli xəbərə çevrildi”, - Çeçenistan rəhbəri respublikanın prokuroru Arsan Adayevlə görüşdə bildirib.

Kadırovun sözlərinə görə, saxta xəbərlərlə mübarizə Çeçenistan üçün xüsusilə vacibdir, çünki respublikada baş verənlər barədə yalan məlumatlar həmişə "nədənsə media sahəsində xüsusi həyəcan mənbəyinə çevrilir".

Qeyd edək ki, bu il yanvarın 17-də Adəm Kadırovun Qroznıda ağır qəzaya düşməsi və huşsuz vəziyyətdə xəstəxanaya aparılması barədə məlumat yayılmışdı.

Bizə qoşulun