Medianews.az
​Jurnalistdən deputata etiraz:
95 baxış

​Jurnalistdən deputata etiraz: “Özünüzü gözdən salırsınız”

Milli Məclisin deputatı Fazil Mustafanın bəzi qadınların aliment almaq üçün boşandığını iddia etməsi narazılıq yaradıb. Millət vəkilinin fikri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Medianews.az xəbər verir ki, Fazil Mustafaya etiraz edənlər arasında tanınmış jurnalist Almaz Qasımova da var. Xanım jurnalist mövqeyini özünün sosial şəbəkə hesabında bəyan edib. Almaz Qasımova yazıb:

“Mənim Fazil müəllimə hörmətim vardı, amma bu məsələdən sonra bitdi! Bu cümləni işlədən adamı ciddiyə almıram, almayacam da. Mən razıyam, elə qadınlar var ki, qaşıqla bal da yedizdirsən, naşükürdür. Amma o qadın belə alimentə görə boşanmır! Keçən dəfə marketə girdim, baxdım ki, heç nə almamışam, amma 100 manata yaxın pul vermişəm. 150–200 manatla uşağa baxmaq olur? Ata adına layiq kişilər alimentlə öz vəzifəsini bitmiş hesab etməməlidir! Niyə görəsən, nəyisə danışanda araşdırıb danışmırsınız axı? Özünüzü gözdən salırsınız!”.

Bizə qoşulun