İsrailin mərkəzi hissələrinə zərbə endirərkən vurulan İrana məxsus raketlərin qalıqlarının yerə düşməsi nəticəsində 7 nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, onlardan baş nahiyəsindən xəsarət alan qadının vəziyyəti orta ağırdır, digərləri isə yüngül xəsarət alıblar.
Məlumata görə, raketlərin qalıqlarının düşdüyü ərazilərdə xilasedicilər işləyirlər.