Medianews.az
İrəvan Zəngəzurda “qırmızı düymə” istəyir
73 baxış

İrəvan Zəngəzurda “qırmızı düymə” istəyir

“Gəlin "səhmdarlar" və “şirkət-dövlət münasibətləri” anlayışlarını bir-birindən ayırd edək. Ermənistan Respublikasında səhmlərinin bir faizinə də sahib olmayan çoxsaylı şirkətlər var, lakin bu, dövlətin onlara nəzarət etmədiyi anlamına gəlmir".

Musavat.com-un xəbərinə görə, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan deyib. O, TRIPP-də səhmlərin 26%-nə sahib olan Ermənistanın 74%-nə sahib olan Amerika tərəfini necə idarə edə biləcəyi ilə bağlı sualı cavablandırıb: “Əgər bu, Ermənistanda yaşayan və sənədlərə uyğun olaraq qeydiyyatdan keçmiş bir şirkətdirsə, deməli, vergi ödəyir və Ermənistan qanunlarına uyğun fəaliyyət göstərir. Ermənistanda ölkənin payı olmayan minlərlə şirkət var, lakin təbii ki, dövlət öz tənzimləyici rolunu oynayır. Bundan əlavə, biz biznesin idarə edilməsindən danışırıq və Ermənistan hökuməti səhmlərin 26%-nə sahib olacağından, biznesin necə idarə olunacağına dair söz sahibidir. Müəyyən edilib ki, məsələn, Ermənistan Respublikasının suveren maraqları ilə əlaqəli ola biləcək xüsusilə vacib məsələlərdə səhmlərin 26%-nə sahib olan səhmdarın, yəni veto hüququna malik Ermənistanın razılığı olmadan heç nə etmək olmaz”, - deyə Rubinyan bildirib. Ermənistanın 26 faizlik payla “qırmızı düymə” əldə etməsi regional nəqliyyat layihələrində hansı riskləri yaradır?

Elçin Mirzəbəyli YAP-a üzv olub?

 Elçin Mirzəbəyli

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ruben Rubinyanın açıqlaması hüquqi-texniki izah təsiri bağışlasa da, mahiyyət etibarilə regional nəqliyyat təhlükəsizliyi və suverenlik balansı baxımından ciddi suallar doğurur: “Rubinyanın "səhmdarlıq" və “şirkət-dövlət münasibətləri” anlayışlarını ayırmaq cəhdi əslində Ermənistanın beynəlxalq layihələrdə formalaşdırmaq istədiyi gizli idarəetmə mexanizmlərinin ideoloji cəhətdən əsaslandırılmasıdır. Məsələnin mahiyyəti isə çox sadədir. Ermənistan TRIPP layihəsində cəmi 26 faizlik paya sahib olsa da, bu paya “veto hüququ”, yəni Rubinyanın öz ifadəsi ilə desək, “qırmızı düymə” statusu verilməsi iddiasını irəli sürməsi bu iqtisadi layihəni klassik bazar prinsiplərindən çıxararaq, siyasi manipulyasiya alətinə çevirmək cəhdidir". E.Mirzəbəyli qeyd etdi ki, bu müqayisə mahiyyətcə tamamilə yanlışdır: “Çünki söhbət sıradan bir kommersiya subyektindən yox, regional və beynəlxalq nəqliyyat arteriyalarına təsir göstərən strateji layihədən gedir. Burada yumşaq şəkildə ifadə olunan "tənzimləmə" anlayışı əslində siyasi nəzarəti nəzərdə tutur. Əgər Ermənistan 26 faizlik payla layihənin taleyüklü qərarlarına veto qoya bilərsə, bu artıq investisiya tərəfdaşlığına deyil, institusional bloklama mexanizminə çevriləcək. Bu model nə Avropa İttifaqının nəqliyyat layihələrində, nə də beynəlxalq konsorsiumların klassik idarəetmə praktikasında qəbul olunmuş mexanizm deyil. Azərbaycan üçün əsas risk Ermənistanın bu mexanizmi gələcəkdə siyasi təzyiq alətinə çevirməsi ehtimalıdır". Deputatın sözlərinə görə, Ermənistanın “qırmızı düymə”yə sahib olması gələcəkdə Zəngəzur dəhlizi kimi strateji layihələrdə süni maneələrin formalaşdırılması üçün presedent də yarada bilər: “İqtisadi layihədə minoritar paya malik tərəfin həlledici veto hüququna sahib olması investorlar üçün ciddi risk faktorudur. Bu, layihənin kommersiya məntiqini zəiflədir və siyasi qərarların iqtisadi cəhətdən rasional yanaşmaları üstələməsinə yol açır. Ermənistan bu mexanizmlə özünü regionda "idarəedici aktor" kimi təqdim etməyə çalışır. Halbuki regionun real geosiyasi və iqtisadi çəkisi Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yaratdığı inteqrasiya platformaları üzərində formalaşır. Azərbaycan regional nəqliyyat layihələrinə açıq, şəffaf və qarşılıqlı fayda prinsipi ilə yanaşır. Bakı üçün əsas prinsip kommunikasiyaların siyasi şantaj predmetinə çevrilməməsidir.  Ermənistanın 26 faizlik payı “qırmızı düymə”yə çevirmək cəhdi isə bu fəlsəfəyə ziddir. Bu, iqtisadi əməkdaşlıq deyil, keçmiş münaqişə psixologiyasının yeni formatda davamıdır". Deputat əlavə etdi ki, Rubinyanın izahları hüquqi terminologiya ilə bəzədilsə də, mahiyyət etibarilə regional risklərin etirafıdır: “Ermənistanın "qırmızı düymə" iddiası göstərir ki, rəsmi İrəvan hələ də nəqliyyat kommunikasiyalarını sülh və inteqrasiya vasitəsi kimi deyil, təsir və bloklama aləti kimi görür. Azərbaycan üçün isə mövqe dəyişməzdir. Regionda kommunikasiyalar açılmalıdır, lakin bu açılış suverenlik və təhlükəsizlik hesabına baş verməməlidir. “Qırmızı düymə”li layihələr regiona sabitlik yox, yeni gərginlik ocaqları gətirir".

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, üçtərəfli bəyanatda yolun sahibinin kim olacağı müəyyən olunmayıb: “Bu, Azərbaycan üçün heç əhəmiyyətli məsələ də deyil. Yolu Ermənistan özü də tikə bilərdi və 100% onun sahibi də özü ola bilərdi, hansısa Ermənistan şirkəti, yaxud hər hansı xarici ölkə şirkəti tikib istismar edə bilərdi. Bu baxımdan 26% və 76% səhm nisbəti Ermənistanla ABŞ arasında razılaşma baxımından iki tərəf üçün əhəmiyyət kəsb edir. Bu baxımdan Ruben Rubinyanın dediyi doğru hesab oluna bilər. Yəni yollar Ermənistan ərazisindən keçəcək və onu kimin tikib, istismar etməsindən asılı olmayaraq, Ermənistan qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan qanunvericiliyinə uyğun olaraq vergi öhdəliyi daşıyacaq və sair”. S.Məmmədov xüsusilə vurğuladı ki, Azərbaycanı maraqlandıran bu yolların tezliklə inşa olunub, istismara verilməsidir: “Bundan da vacib üçtərəfli bəyanatın 9-cu bəndində göstərildiyi kimi, "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin" təmin olunmasına və təhlükəsizliyinə təminat verməlidir. İstənilən halda yolu kim istismar edəcəksə, ona da müəyyən edilən tariflər əsasında yol xərcləri ödəniləcək. Ermənistan və ABŞ arasında TRİPP layihəsi ilə bağlı imzalanmış birgə bəyanatda bizi narahat edən məqam payların necə bölünməsi deyil, üçtərəfli bəyanatın 9-cu bəndinin bizim nəzərdə tutduğumuzdan fərqli interpretasiya olunmasıdır. Biz vətəndaşlarımızın, nəqliyyat vasitələrimizin və yüklərimizin maneəsiz keçidi dedikdə heç bir gömrük və sərhəd yoxlamasının istisna olunmasını başa düşürük. Ermənistan baş naziri isə dəfələrlə qeyd edib: qəbul olunan bəyanatda da gömrük və sərhəd yoxlamasının olacağı, amma onun təmas olmadan xüsusi qurğular vasitəssilə həyata keçirilməsi vurğlanıb. Onsuz da artıq texnoloji tətbiqlər nəticəsində bir çox ölkələrdə gömrük və sərhəd yoxlamaları ənənəvi qaydada deyil, xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilməkdədir. Bir daha qeyd edim ki, yolun sahibinin kim olması, səhmlərin necə bölünməsi bizim üçün ciddi əhəmiyyət kəsb etmir. Əlbəttə, yolların tikintisində və istismarında ABŞ-nin iştirakı bizim üçün əlavə zəmanətdir və bu, çox yaxşıdır. Ən azı 49 il yolların əsas payçısı ABŞ qalacaq".

Bizə qoşulun