Medianews.az
İrandan vətəndaşlarına çağırış -
57 baxış

İrandan vətəndaşlarına çağırış - “Tehranı tərk edin”

İran Milli Təhlükəsizlik Şurası paytaxt Tehran sakinlərinə şəhəri tərk etməyi tövsiyə edib.

Medianews.az  xəbər verir ki, qurumun yaydığı rəsmi bəyanatda bildirilib ki, mövcud vəziyyətlə əlaqədar vətəndaşlar imkan daxilində sakitliyi qorumaq şərtilə digər şəhər və bölgələrə üz tutmalıdırlar.

“Mövcud vəziyyətə görə, imkanınız varsa və sakitliyi qorumaqla digər yerlərə və şəhərlərə səfər etməyiniz tövsiyə olunur”, - deyə açıqlamada vurğulanıb.

Bəyanatda əhalinin təhlükəsizliyinin əsas prioritet olduğu qeyd edilib.

Bizə qoşulun