Medianews.az
Paşinyan izləmədə qaldı, Anna Akopyan isə SİLDİ –
74 baxış

Paşinyan izləmədə qaldı, Anna Akopyan isə SİLDİ – Sosial mediada qalmaqal böyüyür!

Ermənistanın baş naziri Nikol Paşinyan ilə yollarını ayırdığı bildirilən həyat yoldaşı Anna Akopyan sosial şəbəkədə atdığı addımla diqqət çəkib.

Medianews.az-ın məlumatına görə, Anna Akopyan "İnstagram" sosial media hesabında Nikol Paşinyanı izlədiyi şəxslər siyahısından çıxarıb. Bu addım cütlüyün münasibətləri ətrafında yayılan iddiaları daha da gücləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Akopyan hazırda sosial media hesabında cəmi 5 nəfəri izləyir. Onlardan ikisi qızlarına məxsus səhifələrdir.

Diqqət çəkən məqam isə Nikol Paşinyanın fərqli mövqe sərgiləməsi olub. Ermənistan baş naziri həyat yoldaşını izlədiyi şəxslər siyahısından çıxarmayıb. O, rəsmi “Instagram” hesabında ümumilikdə yalnız iki nəfəri izləyir - Anna Akopyanı və qızını.

Bizə qoşulun