Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
Adi ipoteka kreditləri üzrə 5 mart saat 11:00-dan etibarən,
Güzəştli ipoteka kreditləri üzrə 6 mart saat 11:00-dan etibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.