Rusiyalı həkimlər xəbərdarlıq ediblər ki, səhər yeməyindən imtina ürək-damar xəstəlikləri və artıq çəki riskini artırır.
Medianews.az xəbər verir ki, həkimlərin fikrincə, sağlam səhər yeməyi dörd əsas qida qrupunu əhatə etməlidir: yavaş karbohidratlar, zülallar, sağlam yağlar, tərəvəz və meyvələr.
Həkimlər izah ediblər ki, birinci qrupdakı qidalar uzunmüddətli toxluq hissi verir, ikinci qrupdakılar isə maddələr mübadiləsini dəstəkləyir.
Sağlam yağlar "pis" xolesterolu azaltmaq üçün vacibdir, tərəvəz və meyvələr isə bol miqdarda lif və antioksidant ehtiva edir.
Mütəxəssislər əlavə ediblər ki, səhər yeməyində şirniyyat və qızardılmış yeməklər də daxil olmaqla müəyyən qidalardan çəkinmək daha yaxşıdır. Onlar həmçinin insanları acqarına kofeinli içkilər içməməyə çağırıblar.
Medianews.az