“Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb”.
Medianews.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib:
“Gömrük sənədlərinə əsaslansaq, 2 mln.720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib. Yəni 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib.
Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir. Əsas məsələ odur ki, SSRİ dövründə 270 milyonluq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Çünki daxili istehsal sərfəli deyil, ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli hesab olunmur”.
Medianews.az