Medianews.az
İsrailə məxsus helikopter qəzaya düşdü -
68 baxış

İsrailə məxsus helikopter qəzaya düşdü - Video

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri daşınma zamanı havada zəncir qırılması səbəbindən qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat xidməti məlumat yayıb.

Bunun çoxməqsədli “Yanşuf” helikopteri (“UH-60 Black Hawk” helikopterlərinin İsrail modifikasiyası - red.) olduğu bildirilir.

Qeyd olunub ki, helikopter yanvarın 13-ü hava şəraiti səbəbindən açıq əraziyə məcburi eniş edib. Sonradan HHQ nasaz uçuş aparatını təxliyə etməyə çalışıb. Onu başqa bir helikopterə bağlayıblar, lakin daşınma zamanı zəncir qırılıb. Nəticədə “Yanşuf” helikopteri yerə düşərək qəzaya uğrayıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisəni araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.

Bizə qoşulun