Medianews.az
Peskov: Qrenlandiya ətrafındakı vəziyyət
74 baxış

Peskov: Qrenlandiya ətrafındakı vəziyyət fövqəladədir

Qrenlandiya ətrafındakı vəziyyət beynəlxalq hüquq baxımından fövqəladədir.

Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz olduqca ziddiyyətli bir vəziyyətin şahidi oluruq. Biz Qrenlandiyanın Danimarka Krallığının ərazisi olduğu fərziyyəsindən irəli gəlirik".

Peskov qeyd edib ki, Danimarka və Qrenlandiya adanın satılmadığı barədə açıqlamalar veriblər. Lakin ABŞ onu almaq niyyətini ifadə edir. Moskva, dünyanın qalan hissəsi ilə birlikdə vəziyyəti izləyəcək.

Medianews.az

Bizə qoşulun